Bakı. Trend:
Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının quruduğuna dair iddialar yayılıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Riad Axundzadə bildirib ki, Köndələnçay su anbarının quruduğuna dair iddialar əsassızdır.
"Hazırda anbarın baş suburaxıcı qurğusunda təmir işləri həyata keçirildiyindən anbardan su boşaldılmış, təmir işləri yekunlaşdıqdan sonra anbardakı su yenidən bərpa ediləcəkdir", - deyə o qeyd edib.