...

Bakıda 300-dən çox şahmatçının iştirakı ilə FİDE Dünya Kuboku start götürüb (FOTO)

Cəmiyyət Materials 30 İyul 2023 15:20 (UTC +04:00)
Bakıda 300-dən çox şahmatçının iştirakı ilə FİDE Dünya Kuboku start götürüb (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Marriott Boulevard otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb.

Trend xəbər verir ki, yarış böyük maraq doğurub, oyunların gedişini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov izləyirlər.

Bakıda keçiriləт FİDE Dünya Kubokunda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.

Azərbaycanı bu turnirdə 17 şahmatçı təmsil edir: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Riad Səmədov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva.

FİDE Dünya Kuboku 2023-ün oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Çempionatın mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti