...

Paytaxtdakı ictimai çimərliklərdə vətəndaşların istirahəti yüksək səviyyədə təşkil edilib (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2023 17:52 (UTC +04:00)
Paytaxtdakı ictimai çimərliklərdə vətəndaşların istirahəti yüksək səviyyədə təşkil edilib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Artıq 4 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində - ümumilikdə 6 yerdə IDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklər fəaliyyət göstərir. Bu çimərliklər paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb, burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.

Hər il olduğu kimi bi il də cimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar hazır vəziyyətə salınıb, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılıb. Vətəndaşlarımızın rahatlığı üçün burada avtomobil dayanacağı yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların vaxtında daşınması məqsədilə bütün əlavə tədbirlər görülür.

Təəssüflər olsun ki, yaradılan şəraitə və bütün xidmətlərin ödənişsiz olmasına baxmayaraq, bəzi vətəndaşlar təmizliyə riayət etmir, ictimai çimərlik ərazisində spirtli içki qəbul edərək sərxoş halda dənizə girir, inventarları sındırır, duş kabinalarında kranları sıradan çıxarır. Çimərlikdə kifayət qədər konteynerlərin olmasına baxmayaraq, ərazini zibilləyir, digər vərəndaşların istirahətinə maneçilik törədirlər. İctimai çimərliklər sahilboyu ərazidə fəaliyyət göstərən çimərliklərə və istirahət mərkəzlərinə alternativ olaraq qurulub.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin mudiri İntiqam Məmmədov deyib.

O bildirib ki, çimərliklərdə bütün xidmətlər ödənişsizdir.

“Havanın istiləşməsi ilə çimərliyə üz tutan şəxslərin sayı artıb. Bu da öz növbəsində çimərlikdə müəyyən sıxlığa səbəb olub. İnsanlardan xahiş olunur ki, müraciət zamanı növbətçilik prinsipini qorusunlar və onlara verilən bütün invertarları qorumaq şərtilə geri qaytarsınlar”, - deyə o, əlavə edib.

Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə, digər vətəndaşlarla münasibətdə mədəni davranış göstərməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti