...

II və III qrup aituriyentlərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 12 Avqust 2023 10:33 (UTC +04:00)
II və III qrup aituriyentlərin NƏZƏRİNƏ

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

DİM-dən Trend-ə bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar növbəti həftə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya prosesi başa çatdıqdan sonra) nəşr ediləcək.

Kitabçaları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti