...

Göygöldə silah satmaq istəyən şəxs saxlanıldı

Cəmiyyət Materials 30 Avqust 2023 09:50 (UTC +04:00)
Göygöldə silah satmaq istəyən şəxs saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 millimetrlik patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti