...

Ölkədə təbii inhisar sahələri müəyyən edilir

Cəmiyyət Materials 11 Sentyabr 2023 15:17 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda təbii inhisar sahələri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

Layihəyə əsasən, təbii inhisar fəaliyyəti sahələri aşağıdakılardır:

- neft və (və ya) neft məhsullarının magistral boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla) və paylanması;

- təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri;

- elektrik və istilik enerjisinin ötürülməsi və paylanması (bələdiyyə və (və ya) xüsusi mülkiyyətə aid mənbələr hesabına istehsal olunan enerji istisna olmaqla);

- magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;

- magistral və ümumi əhəmiyyətli avtomobil yollarının, yol qurğu və tikililərinin saxlanması və istismarı;

- aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğularının istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;

- metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, sərnişindaşıma, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;

- dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti;

- ümumi istifadədə olan telefon rabitəsi xidmətləri, elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və ya radio əlaqəsi və digər oxşar vasitələr) ilə hər hansı siqnalın, səsin məsafəyə ötürülməsi və qəbul edilməsi üçün istifadə olunan müxtəlif növ vasitə və qurğuların istismarı, universal poçt rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti;

- baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı;

- kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı;

- meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı;

- istilik təchizatı xidmətləri (bələdiyyə və (və ya) xüsusi mülkiyyətə aid mənbələr hesabına istehsal olunan enerji istisna olmaqla).

- Təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti