...

Ayrı-ayrı ünvanlardan velosiped oğurladı

Cəmiyyət Materials 12 Sentyabr 2023 12:30 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı sakini ayrı-ayrı ünvanlardan velosiped oğurlayıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı ünvanlardan velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qılman Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti