...

Ermənistanın mina terroru həyatımızı məhv edib - Mina qurbanı

Cəmiyyət Materials 19 Sentyabr 2023 19:12 (UTC +04:00)
Ermənistanın mina terroru həyatımızı məhv edib - Mina qurbanı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın mina terroru həyatımızı məhv edib, sağlamlığımı itirmişəm, insan kimi yaşaya bilmirəm.

Bunu Trend-ə Ermənistanın mina terrorunun qurbanı Elgün Ələkbərov deyib.

O bildirib ki, Ermənistan mülki əhalinin istifadə etdiyi əraziləri də minalayıb.

“Mən pambıq zavodunda traktorçu işləyirdim. Tərtər rayonunda pambıq əkini üçün sahəni hazırlayırdıq. Gözləmədiyim anda minaya düşdüm. İndi çox pis vəziyyətdəyəm, gözümün biri 10 faiz, bir isə 25 faiz görür. Bütün bədənim xəsarət içərisindədir. Gecələri yata bilmirəm”, - deyə mina qurbanı qeyd edib.

E.Ələkbərov əlavə edib ki, ermənilər qəsdən mülki insanların istifadə etdiyi əraziləri minalamışdılar.

Qeyd edək ki, 44 Günlük Vətən müharibəsindən sonra 400-dən çox Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanına çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti