...

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edildi (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2023 16:58 (UTC +04:00)
“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edildi (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

27 Sentyabr – Anım Günü ilə əlaqədar “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Bakı və Gəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun məzarlarını ziyarət ediblər.

Ziyarət iştirakçıları şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı ağır döyüşlərin getdiyi Füzuli rayonu, Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış Rauf Əsgərov isə Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Muxtar Qasımlı 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndində, baş leytenant Rauf Əsgərov isə 26 oktyabr 2020-ci ildə Füzuli rayonunun Mərdinli kəndində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Muxtar Qasımlı “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, Rauf Əsgərov isə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını bildirir.

Xəbər lenti

Xəbər lenti