Bakı. Trend:
Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında ümumilikdə 21,8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.
Qeyd olunur ki, “Suqovuşan-1” KSES ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.
“3 il öncə - 2020-ci ilin 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan kəndi işğaldan azad edilib. Qısa vaxtda burada quruculuq, təmir-bərpa işlərinə start verilib.
3 oktyabr 2021-ci il tarixində Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
“Suqovuşan-1” KSES ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1,0 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.
Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək hər iki stansiyada ümumilikdə 21,8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib”, - paylaşımda qeyd olunur.