...

Bu il 99 üçəm, 4 dördəm doğulub - Ölənlər azalıb

Cəmiyyət Materials 11 Oktyabr 2023 16:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən xəbər verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.

2023-cü ilin yanvar-avqust ayları ərzində ölkədə 40472 ölüm halı qeydə alınıb. Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6-ya düşüb.

Xəbər lenti

Xəbər lenti