...

Göygöldə mikroavtobusla minik maşını toqquşdu - 12 yaralı

Cəmiyyət Materials 13 Oktyabr 2023 18:50 (UTC +04:00)
Göygöldə mikroavtobusla minik maşını toqquşdu - 12 yaralı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Göygöl rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Trend xəbər verir ki, qəza İpək yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi heyəti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzada xəsarət alanlar Goranboy sakinləri olub. Hadisə Şəmkir rayonundan işdən qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti