Bakı. Trend:
Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqında kifayət qədər fərq var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir.
“Amma daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, paytaxtda və orada çalışan elmi dərəcəsi olan müəllimlərin əməkhaqqında ciddi fərqlər var. Onda belə çıxacaq ki, tanınmış alimlərimiz bölgələrdə işləməyə getməyə marağı olmaz”, - deyə o, əlavə edib.