...

Paytaxtda yol kəsişmələrində yaşıl boya çəkilir (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2023 09:24 (UTC +04:00)
Paytaxtda yol kəsişmələrində yaşıl boya çəkilir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir.

Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə qarşıda diqqətli olmalarını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti