...

Gələn il iki gömrük məntəqəsi açılacaq – Şahin Bağırovla VİDEOMÜSAHİBƏ (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2023 09:35 (UTC +04:00)
Gələn il iki gömrük məntəqəsi açılacaq – Şahin Bağırovla VİDEOMÜSAHİBƏ (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti ildə yeni gömrük məntəqələrinin də açılması nəzərdə tutulur.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

“Planlarımız var. Hazırda Laçın sərhəd buraxılış postunda və işğaldan azad edilmiş digər ərazimizdə daha iki gömrük məntəqəsi mövcuddur. Bununla yanaşı, Ağbənd keçid məntəqəsi üzərində iş aparılır. Yaxın zamanda layihələndirmə işi tamamlanacaq və inşa prosesi başlayacaq. Şimal-Cənub nəqliyyat dəhlizi üzərində Astaraçay keçid məntəqəsinin yaxınlarda açılışı planlaşdırılır. Ümumilikdə keçid məntəqələrinin sayının artırılması prioritetimizdir”, - o qeyd edib.

Komitə sədrinin sözlərinə görə, bu il gömrük xətti ilə dövlət büdcəsinin gəlirlər hissəsində 5 milyard 728 milyon manat məbləğində proqnoz müəyyən edilmişdi:

"Artıq ilin sonudur və biz bu hədəfə nail olmuşuq. Dövlət büdcəsinə 6 milyard manatdan çox vəsaitin köçürülməsi təmin edilib. Bu, kifayət qədər yaxşı rəqəmdir. Bu müsbət nəticə ölkədə yaradılmış iqtisadi şərait, investisiya mühiti, idxal-ixrac əməliyyatlarının artması, şəffaflıq və digər səbəblərlə əlaqədardır".

Komitə sədri, həmçinin, ölkədə gömrük işinin təşkili, qaçaqmalçılıqla qətiyyətli mübarizə sahəsində də ciddi addımlar atıldığı bildirib:

"Təəssüf ki, bu cür hallar hələ də baş verir. Biz hüquq-mühafizə fəaliyyətimizin effektivliyini artıraraq, bu faktların qarşısını alırıq. Bu il 1500 belə fakt aşkarlanıb ki, ötən illə müqayisədə, xeyli çoxdur. Biz çalışırıq ki, insanları maarifləndirək ki, bu əməllərdən əl çəksinlər. Hər bir halda Azərbaycanda kifayət qədər güclü hüquq-mühafizə fəaliyyəti vardır”.

Müsahibə zamanı, həmçinin, sahibkarları narahat edən bir çox məqamlar, ölkəyə gətirilən mallara qoyulan limitlər və digər məsələlər ətrafında müzakirə aparılıb.

Müsahibənin videovariantını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti