...

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

Cəmiyyət Materials 29 Dekabr 2023 17:09 (UTC +04:00)
Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq, 21 min 800 nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 8 milyon 313 min 900 ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,4 faiz artıb.

Yüklərin 54,9 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12 milyon 307 min 700 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 milyon 190 min 400 tonunu və ya 82,8 faizini tranzit yüklər təşkil edib. 2023-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 405 min 800 ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti