...

ASAN könüllüləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər

Cəmiyyət Materials 5 Mart 2024 10:07 (UTC +04:00)
ASAN könüllüləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ASAN könüllüləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.

Trend xəbər verir ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş görüş “Bədən tərbiyəsi və idmanın gənc nəslin mənəvi və fiziki inkişafı üçün əhəmiyyəti” mövzusunda həyata keçirilib.

“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutan görüşdə Fərid Qayıbov gənclərin həyatında idmanın rolundan, idman sahəsində əldə olunan nailiyyətlər və gənclərin inkişafı üçün yaradılan imkanlardan söz açıb, könüllülərlə tövsiyələrini paylaşıb.

Görüş sual-cavab və müzakirələrlə davam edib.

Tədbirdə peşəkar və həvəskar idmanla məşğul olan, idman sahəsində nailiyyətləri olan ASAN Könüllüləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti