...

Üç rayonda kömür quyuları aşkarlandı: 8 şəxs cəzalandırıldı

Cəmiyyət Materials 21 May 2024 17:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Quba, Göygöl və Qəbələ rayonları ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumatı yayıb.

Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Rustov kənd sakini Novruz Cəbrayılov, Göygöl rayonu Toğanalı kənd sakinləri Əfəndil Ocaqverdiyev, Rəşad Qurbanov, Orxan Qurbanov, Hidayət Həsənov, Sərxan Quliyev və Qəbələ rayonu Nic qəsəbə sakinləri Andrey Dallari və Anton Karami olduğu müəyyən edilib.

Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti