...

Göygöldə evlərdən oğurluq edən şəxslər tutuldu

Cəmiyyət Materials 5 İyun 2024 09:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Göygöl rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

Trend xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, N.Əliyev sözügedən ərazidən daha bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət əşyaları oğurlayıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti