Bakı. Trend:
Müəllimlərin sertifikatlaşdırılması prosesinin iyunun 21, 22 və 24-də keçirilmiş test imtahanı mərhələsinin nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib.
Trend-in məlumatına görə, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müəllimlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.