Bakı. Trend:
Bu ilin 6 ayı ərzində dövlət büdcəsinin əsas xərc istiqamətləri açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda deyilir.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin 9833,8 milyon manatı və ya 61,3 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 115,0 milyon manat və ya 1,2 faiz çox), 4948,0 milyon manatı və ya 30,8 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1034,3 milyon manat və ya 26,4 faiz çox), 1270,3 milyon manatı və ya 7,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 839,5 milyon manat və ya 2,9 dəfə çox) yönəldilib.