Bakı. Trend:
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat
xidmətinin rəhbəri Anar Cəbrayıllı vəzifəsindən ayrılıb.
Trend xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında
paylaşım edib.
Qeyd edək ki, A.Cəbrayıllı bundan öncə "Azərsu" ASC-nin mətbuat
xidmətinin rəhbəri olub. O 13 il idi bu vəzifədə çalışırdı.