...

Hər zaman Şuşaya gedəcəyim günü gözləmişəm - Şuşa sakini

Cəmiyyət Materials 5 Sentyabr 2024 08:35 (UTC +04:00)
Hər zaman Şuşaya gedəcəyim günü gözləmişəm - Şuşa sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşadan çıxdığım gündən Şuşaya gedəcəyim günü hər zaman gözləmişəm.

Trend-in məlumatına görə, bunu Şuşa sakini Sevinc Abbasova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 30 ildə çoxlu itkiləri olub, yaxınlarını itirib.

“Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində biz indi doğma yurdumuza yaşamağa gedirik.

Şuşaya getdiyimdə ilk öncə şəhidlərimizi, yaxınlarımızın məzarlarını ziyarət etmək istəyirəm”, - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti