Bakı. Trend:
Əvvəlki ilin ilk tədris günü ilə müqayisədə bu il sərnişin sıxlığı daha çoxdur.
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Əsas yubanmalar "Koroğlu"dan "Memar Əcəmi" stansiyasına qədər olan sahədən "Elmlər Akademiyası" stansiyasına qədər müşahidə edilib.
Əks istiqamədə qatarların hərəkəti normal davam edib. Texniki cəhətdən hər şey qaydasındadır", - deyə o bildirib.
Qeyd edək ki, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanıb.