...

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 4 Oktyabr 2024 11:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

M-4 Bakı-Şamaxı-Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi quraşdırılacaq.

Trend bu barədə AAYDA-ya istinadən məlumat verir.

Belə ki, M-4 Bakı-Şamaxı-Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 04 oktyabr 2024-cü il tarixdən başlayaraq təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti