Bakı.Trend:
2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla, yerdə qalanı ictimai nəqliyyat və mikromobilliklə ediləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə deyib.
O bildirib ki, daha yaxşı ictimai nəqliyyatın təşkilinə nail olanda 90% əhalinin 500 m piyada məsafəsində ictimai nəqliyyata çıxışı olacaq.
“100 km-dən artıq velosiped yolları və rəqəmsal həllər tətbiq ediləcək. İş yerlərinə və əsas maraq nöqtələrinə təxminən 20 dəqiqədə çatmaq olacaq (Londonda 30 dəqiqə). Daha yüksək təhlükəsizlik yol-nəqliyyat hadisələrində 100 min nəfərə düşən ölüm sayı 4-dən az olacaq. Səfər edənlərin adam başına düşən illik CO₂ emissiyaları 600 kq-dan az olacaq və bunun müsbət sosial-iqtisadi təsirləri olur.
Bakı ən yaxşı 30 şəhər siyahısına daxil olur.
Mobillik göstəriciləri ümumi şəhər reytinqinə əhəmiyyətli təsir göstərir”, - deyə o qeyd edib.