...

Paytaxtda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2024 10:02 (UTC +04:00)
Paytaxtda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha bir ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşası aparılaraq yekunlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.5 metr, qalereyasının eni 4.5 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.9 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşasının aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti