...

2025-ci ildə ADY-nin qatarlarına 11 dəfə daş atılıb

Cəmiyyət Materials 8 Aprel 2025 16:34 (UTC +04:00)
2025-ci ildə ADY-nin qatarlarına 11 dəfə daş atılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 3 ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hərəkətdə olan qatarlara 11 dəfə daş atılıb.

Trend xəbər verir ki, bu barədə QSC-nin sosial şəbəkə hesabında paylaşım edilib.

ADY xatırladıb ki, qatara daş atanlar qanun qarşısında məsuliyyət daşıyırlar.

“Daş atılması nəticəsində qatarın pəncərəsi zədələnib, sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranıb, bir çox hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaranıb.

Əksər hallarda qatara daş atan azyaşlıların valideynləri tapılaraq vurulan zərərin qarşılığında cərimələniblər.

ADY dəmir yolu xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə, valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən yayındırmağa çağırır”, - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti