Bakı. Trend:
İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı
pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Dubay şəhərində
keçirilən “Gulf Radical Cup” yarışında iştirak edib. “Bakcell”
brendi altında yarışda iştirak edən 27 yaşlı təmsilçimiz qatıldığı
turnirin bütün mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, avtomobil nömrəsi “Bakcell” brendinə uyğun olaraq 55
nömrə olan həmyerlimiz yarışın standartlarına müvafiq 1.5 motor
həcmli, 232 at gücü qüvvəsinə malik maşınla çıxış edib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.