...

Hava şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşib

Cəmiyyət Materials 14 Aprel 2025 13:26 (UTC +04:00)
Hava şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hava şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşib.

Trend xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, hava şarları aşağıdakı siniflərə və qruplara bölünür:

isti hava şarı sinfi:

A qrupu: 3400 m³ qədər zərf tutumu;

B qrupu: 3401 m³ - 6000 m³ aralığında olan zərf tutumu;

C qrupu: 6 001 m³ - 10 500 m³ aralığında olan zərf tutumu;

D qrupu: 10 500 m³-dən çox zərf tutumu;

qaz-hava şarı sinfi;

qarışıq şar sinfi;

isti hava dirijablı sinfi.

Hava şarı pilotu şəhadətnaməsinin verilməsi üçün yaşı 18-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər.

Hava şarı pilotu şəhadətnaməsi ilə verilən əsas imtiyaz ödənişsiz olaraq qeyrikommersiya əməliyyatlarında və müvafiq ixtisas qeydinə malik olduqda kommersiya əməliyyatlarında hava şarının kapitanı kimi çıxış etməkdən ibarətdir.

Şəhadətnamə sahibləri yalnız tətbiq olunan ən son tələblərə əməl etdikdə və tibbi arayışları qüvvədə olduqda öz imtiyazlarından istifadə etməlidirlər.

Ərizəçi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən sertifikatlaşdırılmış təlim təşkilatında hava şarı imtiyazları üzrə təlim kursunu bitirməlidir. Təlim kursu nəzəri bilik və uçuş təlimatını əhatə etməlidir.

Ərizəçi Dövlət Mülki Aviasiya Agentliyində nəzəri bilik imtahanından keçməlidir.

Ərizəçilər hava şarında kapitan pilot qismində veriləcək imtiyazlara uyğun şəkildə prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməli və bununla praktiki bacarıq testini keçməlidirlər.

Ərizəçi Sinif 2 tibbi sertifikata malik olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti