...

Gəncədə xəstəxanada oksigen balonunda nasazlıq yaranıb, pasiyentlər təxliyə edilib

Cəmiyyət Materials 11 İyun 2025 12:56 (UTC +04:00)
Gəncədə xəstəxanada oksigen balonunda nasazlıq yaranıb, pasiyentlər təxliyə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bərpa işləri davam etdirilir.

Qeyd edilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Vurğulanıb ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti