...

II ixtisas qrupu üzrə ən yüksək balı bir nəfər topladı

Cəmiyyət Materials 11 İyun 2025 14:41 (UTC +04:00)
II ixtisas qrupu üzrə ən yüksək balı bir nəfər topladı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb.

Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti