...

Azərbaycanın kibertəhlükəsizlik modeli xarici ölkələrin marağına səbəb olub

Cəmiyyət Materials 9 Fevral 2026 10:13 (UTC +04:00)
Azərbaycanın kibertəhlükəsizlik modeli xarici ölkələrin marağına səbəb olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində Kibertəhlükəsizlik Akademiyasının fəaliyyəti dövründə 380-dən çox yüksək ixtisaslı kibertəhlükəsizlik mütəxəssisi yetişdirilib, ümumilikdə isə 10 mindən artıq şəxs müxtəlif təlim proqramlarına cəlb olunub.

Trend xəbər verir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışında deyib.

O bildirib ki, Kibertəhlükəsizlik Akademiyası məzunlarının 86 faizi hazırda işlə təmin edilib ki, bu da mərkəzin əmək bazarına verdiyi real töhfənin göstəricisi kimi qiymətləndirilir:

“Mərkəz yerli ali təhsil müəssisələri ilə yanaşı, həm dövlət, həm də özəl sektorla sıx əməkdaşlıq edir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bu günə qədər 5 yerli məhsul bazara təqdim olunub”.

İRİA rəsmisi qeyd edib ki, yaxın dövrdə ölkənin bütün təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı maarifləndirici və praktiki tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

“Bununla yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin modeli artıq xarici ölkələrin də diqqətini cəlb edir. Qazaxıstan və digər ölkələrlə bu modelin ixracı istiqamətində danışıqlar aparılır”.

Ş.Əliyev vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son illərdə reytinqdə 40 pillə irəliləyərək dünya orta göstəricisindən yuxarı mövqe tutub və bir sıra qabaqcıl ölkələri geridə qoyub:

“Milli strategiyanın qəbul olunması, kadr potensialının gücləndirilməsi və dövlət qurumlarında struktur islahatları bu sürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib. Yerli kibertəhlükəsizlik məhsullarına beynəlxalq maraq artıb”.

İRİA rəsmisi xüsusilə “SAYFEL” məhsuluna Türkiyə və bir sıra Avropa ölkələrindən ciddi maraq olduğu, bu istiqamətdə danışıqların davam etdiyi bildirib.

“Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzin fəaliyyət modelinə maraq müşahidə olunur”,-deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti