...

Mətbuat Şurası prezident İlham Əliyevə məktub ünvanlayıb

Cəmiyyət Materials 14 Fevral 2006 17:01 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası qəzetlərin "Azərbaycan" Nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı sərəncam imzaladığı üçün ölkə prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib. Məktubda bildirilib ki, həmin dövlət sənədi keçid dövründə yaşayan və çoxsaylı problemlərlə üzləşən ölkə KİI-nin maddi durumlarının yaxşılaşmasında əhəmiyyətli rol oynayacaq.

Məktubda qəzetlərin borclarının dövlət büdcəsi hesabına silinməsi ölkə rəhbərliyinin media ilə bağlı həyata keçirdiyi tədbirlərin davamı kimi qiymətləndirilib. Qeyd olunub ki, Mətbuat Şurası KİI-in iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, qanunveicilik bazasının və jurnalistlərin peşə hazırlığının daha da təkmilləşdirilməsi kimi mühüm məsələlərin də dövlət qayğısından kənarda qalmayacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti