...

AFFA Azərbaycan-Ermənistan matçının neftral meydanda keçirilməsi ilə bağlı UEFA ilə münasibətlərinə aydınlıq gətirib

Cəmiyyət Materials 17 Fevral 2006 13:26 (UTC +04:00)

AFFA Azərbaycanla Ermənistan arasında 2006-cı il dünya çempionatının seçmə matçının keçiriləcəyi yer barədə bəyanat yayıb.

Sənəddə bildirilir ki, Assosiasiyanın görüşün neftral ərazidə keçirilməsi barədə xahişinə UEFA-nın rədd cavabı verməsi həqiqətə uyğun deyil. "Baş katib Lars-Krister Olsson öz məktubunda görüşü qəbul edən tərəfin onun təhlükəsizliyini təmin etməli olduğunu, matçın özünün isə "Fair play" prisiplərinə uyğun gəlməli olduğunu bildirib. Oyunun keçiriləcəyi yer barədəheç bir məlumat verilmir və UEFA bu məsələ ilə bağlı yalnız görüşə 60 gün qalmış qərar qəbul edəcək", - deyə bəyanatda bildirilir.

Qeyd etmək lazımdır ki, bundan əvvəl bir sıra KİV Ermənistanın Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat yaymışdılar ki, guya UEFA Azərbaycanın Ermənistanla görüşünün neytral meydandan keçirilməsi barədə tələbini rədd edib.

Xəbər lenti

Xəbər lenti