...

Azərbaycanın səhiyyə naziri Basman bazarında zərərçəkmiş azərbaycanlılarla görüşəcək

Cəmiyyət Materials 25 Fevral 2006 13:57 (UTC +04:00)

Fevralın 25-də Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moskvada Bauman bazarının çökməsi nəticəsində yaralanmış azərbaycanlılarla görüşəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Səhiyyə nazirliyinin fevralın 25-də yayılmış press-relizində deyilir.

Məlumatda bildirilir ki, nazirlər azərbaycanlıların yerləşdirildiyi xəstəxanalara baş çəkərkən onları Moskvanın Səhiyyə Departamentinin rəhbəri Andrey Selisovski müşayiət edəcək. "Xəstələrə lazımi yardım göstəriləcək", - deyə məlumatda qeyd edilir.

Prezident İlham Əliyevin sərəncamı ilə vəsait və meyidləri gətirmək üçün xüsusi təyyarə ayrılıb.

Xəbər lenti

Xəbər lenti