...

İsveçin Höteborq şəhərində azərbaycanlılara məxsus "Oyanış" adlı peyk kanalı açılıb

Cəmiyyət Materials 19 May 2006 16:25 (UTC +04:00)

İsveçin Höteborq şəhərində azərbaycanlılara məxsus "Oyanış" adlı televiziya kanalı açılıb. Trend in məlumatına görə, telekanal Dünya Azərbaycanlıları Konqresi (DAK) tərəfindən yaradılıb. Kanalın Höteborq şəhərindən peyk vasitəsilə yayımlanması nəzərdə tutulub.

İsveçdə mühacirətdə yaşayan DAK təmsilçisi Mahmud Bilgin adlı azərbaycanlının yaratdığı televiziya kanalını peyk vasitəsilə izləmək mümkün olacaq. Telekanalda İranda təzyiqlərə məruz qalan qeyri-fars millətlərinə də yer ayrılacaq. "Oyanış" telekanalının imkanlarından istifadə etməklə, İranda hüquqları pozulan digər millətlərin problemləri barədə dünyaya məlumat verilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti