...

Bu gün Azərbaycanda da Ümumdünya Qaçqınlar Günü qeyd olunur

Cəmiyyət Materials 20 İyun 2006 12:15 (UTC +04:00)

20 iyun dünyada Ümumdünya Qaçqınlar Günüdür. Trend in məlumatına görə, BMT Baş Assambleyasının 4 dekabr 2000-ci ildə bu günün Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edilib.

Ümumdünya Qaçqınlar Günü münaqişələr nəticəsində doğma yurd yuvalarından didərgin düşənlərə dəstək olmaq üçün imkan yaradır. Ümumdünya Qaçqınlar gününün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu insanların yaşadıqları ağır şəraitə cəlb etməkdir.

Bu il Norveç Qaçqınlar Şurası (NQŞ) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, Right to Play, Hayat və İİTTRM ilə birlikdə Ümumdünya Qaçqınlar gününü qeyd etməyi qərara alıb. Bu münasibətlə iyunun 20-də saat 18.30-da dənizkənarı Milli Parkda (Kukla teatrının arxası) tədbir keçiriləcək. İlk əvvəl məcburi köçkün və qaçqın uşaqlarının iştirakı ilə müxtəlif oyun və yarışmalar təşkil olunacaq, daha sonra saat 19.30-da isə Azərbaycan-Çeçenistan-Əfqanıstan yeniyetmələrindən ibarət komandalar arasında futbol yarişı keçiriləcək. Həmçinin 2006-cı ildə Norveç Qaçqınlar Şurası beynəlxalq humanitar sahədəki fəaliyyətinin 60 illiyini qeyd edir.

Xəbər lenti

Xəbər lenti