...

Azərbaycanın cüdo komandası Tehranda uğurla çıxış edib

Cəmiyyət Materials 20 İyun 2006 16:19 (UTC +04:00)

Azərbaycanın cüdo komandası Tehranda keçirilmiş ənənəvi "Fəcr" turnirində 3 qızıl, 3 gümüş və 2 bürünc mükafat qazanıb.

Trend in xəbər verdiyi kimi, Elxan Məmmədov (90 kq), Afaq Sultanova (48 kq) və Şahanə Alməmmədova (57 kq) finalda qələbəni qeyd edən idmançılarımızdır. Xəyalə Həsənova (52 kq), Gülxanım Ələkbərova (48 kq) və Vüsalə Alməmmədova (57 kq) gümüş mükafatın sahibi olub. Seymur Rzayev (73 kq) və Əminə Abbasova (48 kq) isə bürünc medala layiq görülüb.

Qeyd etmək lazımdır ki, yarışda 25 ölkədən 125-dək idmançı iştirak edib.

Xəbər lenti

Xəbər lenti