Cari ilin sentyabrında Qətərin turizm naziri Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən xəbər verilib.
Səfərin məqsədi - Azərbaycanın turizm imkanları ilə tanış olmaq, bu sahədə əməkdaşlığın inkişaf və investisiya perspektivlərini öyrənməkdir.