...

Azərbaycanın voleybol yığması Qubada toplanışlara başlayıb

Cəmiyyət Materials 26 İyul 2006 15:27 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması məzuniyyətdən qayıdıb və Qran-Pri seçmə turnirlərinə hazırlıq çərçivəsində Qubada təlim-məşq toplanışlarına başlayıb.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, əvvəlki formaya qayıtmağa başlayan liderlər İnessa Qorxmaz və Yelena Şabovta da komandaya qoşulub. "Komandanın baş məşqçisi Faiq Qarayev bildirib ki, bütün idmançılar yaxşı formadadır. Qızların əvvəlki kondisiyanı əldə etməsi üçün Qran-Pri turnirinin birinici mərhələsinin başlanmasına (avqustun ortaları) hələ kifayət qədər vaxt var. Ancaq yaddan çıxarmamalıyıq ki, yığma payızda Yaponiyada keçiriləcək Dünya Çempionatı üçün yüksək formada olmalıdır", - deyə Z.Gözəlbəyli bildirib.

Xatırladaq ki, bu yaxınlarda kollektiv Yekaterinburqda keçirilmiş Boris Yeltsin Kubokunda çıxışını başa vurub və 5-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti