...

Gürcüstanda Azərbaycan dilində yeni qəzet nəşr olunacaq

Cəmiyyət Materials 17 Avqust 2006 14:50 (UTC +04:00)

Gürcüstanda Azərbaycan dilində "Taymer" adlı yeni qəzet nəşr olunacaq. İnternyus-Gürcüstan Fondundan Trend in xüsusi müxbirinə verilən məlumata görə, qəzetin nəşri Rustavi şəhərinin "Vətəndaş inkişafı agentliyi" QHT-nin və Amerikanın "Katolik yardım mərkəzi" təşkilatının dəstəyi nəticəsində mümkün olub.

Qəzet həm Azərbaycan, həm də gürcü dilində nəşr olunacaq.

Birinci mərhələdə "Taymer" ayda bir dəfə çıxacaq.

Qəzetin ilk nömrəsi 2 min tirajdan ibarət olub. Bu qəzetə, əsasən azərbaycanlıların kompakt yaşadığı Rustavi və Qardabani rayonunda tələbat var. Bir nömrənin qiyməti 30 tetridir (17 sent).

Qeyd edək ki, indiyədək "Vətəndaş inkişafı agentliyi" gürcü-azərbaycan dillərində "İnformator" adlı daha bir qəzet buraxıb. Qəzet eyni dövriliklə çıxır və Rustavi, o cümlədən Qardabani əhalisi arasında pulsuz paylanılır.

Xəbər lenti

Xəbər lenti