Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İsraildə başa çatan blits üzrə üzrə Dünya çempionatında üçüncü yeri tutub.
Trend xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışın yekunlarına görə, şahmatçımız Rusiyadan olan qalib Aleksandr Qrişukdan cəmi 0,5 xal geri qalaraq, on xal toplayıb. FİDE-nin reytinqində on birinci yerdə gedən Teymur çempionat zamanı Hindistanlı Vişvanatan Anand, macar Yudit Polqar, İsrailli Emil Sutovski, norveç Maqnus Karslen, fransız Etyen Bakro kimi tanınmış ustalara qarşı uğurla çıxış edərək, bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, T.Rəcəbov on altı ən yaxşı idmançının iştirak etdiyi çempionata FİDE-dən xüsusi dəvətnamə alıb.