...

Parisdə fəaliyyət göstərən "Azərbaycanda Demokratiya və İnsan Hüquqları Cəmiyyəti" fransız deputatlara müraciət edib

Cəmiyyət Materials 11 Oktyabr 2006 20:02 (UTC +04:00)

Parisdə fəaliyyət göstərən "Azərbaycanda Demokratiya və İnsan Hüquqları Cəmiyyəti" Fransa parlamentində oktiyabrın 12-də qondarma "erməni soyqırımı"nı tanımayanlara cəza verilməsi barədə qanun qəbul edilməsinə etirazını bildirib. Bu barədə Trend ə "Azərbaycanda Demokratiya və İnsan Hüquqları Cəmiyyəti"ndən məlumat verilib.

Bu cəmiyyət bütün azərbaycanlıları bu qanuna qarşı öz etirazını bildirməyə çağırıb. Diaspor təşkilatı fransız dilində məktub hazırlayaraq fransalı deputatlara göndərib. Müraciətdə bildirilir ki, belə sənədin qəbul olunması türk əsilli insanlarda nifrət oyada bilər. Bu, həm də tarixi saxtalaşdırmağın dəstəklənməsi demək olacaq. Təşkilat fransız deputatları belə bir qanunun xeyrinə səs verməməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti