...

"Parni iz Baku" planeti" əlavə konsertlər verəcək

Cəmiyyət Materials 2 Dekabr 2006 11:41 (UTC +04:00)

"Parni iz Baku" planeti" Heydər Əliyev adına sarayda əlavə konsertlər verəcək.

Trend -ə "Parni iz Baku" planeti" teatrının direktoru Azər Quliyev məlumat verib ki, tamaşaçıları dekabrın 6,7 və 8-də planlaşdırılmış konsertlərdən başqa dekabrın 13 və 14-də, ola bilsin ki 15-16-da da konsertlər gözləyir.

A.Quliyev qeyd edib: "Nəzərə alsaq ki, üç günün konsertlərinin biletləri indi artıq satılıb, biz qərara gəlmişik ki, iki əlavə konsert də keçirək. Belə ki, dekabrın 9-dan sarayda digər tədbirlər keçiriləcək, ona görə də bizim çıxışlarımız 5 gün dalbadal deyil, fasilələrlə olacaq. Və təmamilə mümkündür ki, əgər onlar tamaşaçı rəğbətini qazansa, biz dekabrın 15-16-da daha iki konsert verəcəyik".

Xəbər lenti

Xəbər lenti