...

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının bütün liderləri ölkə çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 6 Yanvar 2007 12:12 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının demək olar ki, bütün liderləri yanvarın 6-7-də İdman Sarayında keçiriləcək ölkə çempionatında iştirak edəcəklər.

Milli komandanın baş məşqçisi Elçin Cəfərovun Trend ə verdiyi xəbərə görə, ötən mövsümün gərgin qrafikinə baxmayaraq, birincilikdə ötən ilin yekunlarına görə respublikanın ən yaxşı idmançısı Rövşən Bayramov da iştirak edəcək. "Qısa müddətli istirahətdən sonra pəhləvan öz gücünü daxili arenada da göstərmək üçün yenə də xalça üzərinə çıxacaq. Ötən mövsümdə Rövşən Avropa çempionatında "bürünc", mundialda gümüş medal qazanıb, "Qızıl Qran-Pri" və hərbi qulluqçular arasında Dünya çempionatında qalib gəlib, lakin indi hər şeyi sıfırdan başlamaq lazımdır", - deyə E.Cəfərov qeyd edib.

Eyni zamanda Afinada keçirilən Olimpiya çempionu Fərid Mansurov və İlqar Abdulov aldıqları zədələrdən sonra yalnız indi formaya düşməyə başlayırlar, Hüsaməddin Rəcəbov isə Beynəlxalq Federasiya (FILA) tərəfindən yarışlardan kənar edildiyindən xalçaya çıxmayacaq.

Xəbər lenti

Xəbər lenti