...

9 saylı islah müəssisəsində 231 müttəhim cəza çəkir

Cəmiyyət Materials 12 Yanvar 2007 16:41 (UTC +04:00)

Penitensiar Xidmətdə (PX) nəzarətin həyata keçirilməsi üzrə İctimai Komitənin nümayəndələri bu gün Ədliyyə Nazirliyinin PX qarışıq rejimli 9 saylı islah müəssisəsində növbəti monitorinq keçiriblər.

Trend xəbər verir ki, komitə nümayəndələri müttəhimlərin saxlanma şəraiti ilə tanış olublar: qidaları, kameraları, tibbi məntəqə və s. yoxlayıblar. Monitorinqdə 6 cəza çəkənə sullar verilib, onlar koloniyada işgəncə olmamasını deyiblər.

İctimai Komitənin məlmatına görə, penitensiar müəssisədə 231 adam saxlanılır. Onlar əsasən sabiq hüquq-mühafizə orqanları işçiləridir. Olardan ən yaşlısının 59 yaşı var. Cəza çəkənlər rejim səviyyəsinə uyğun olaraq 3 korpusda yerləşdiriliblər - ümumi, gücləndirilmiş və ciddi rejim.

Xəbər lenti

Xəbər lenti