...

2004-cü il Olimpiadasının mükafatçısı İradə Aşumova ISSF reytinqində aşağı düşüb

Cəmiyyət Materials 5 Fevral 2007 17:08 (UTC +04:00)

Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Beynəlxalq atıcılıq Federasiyasının (ISSF) fevral reytinqinin yekunlarına görə öz mövqeyini pisləşdirib.

Trend xəbər verir ki, yanvarla müqayisədə idmançı kiçik kaliberli tapançadan iyirmi beş metrəyə atış üzrə hesabda üç sıra aşağı düşüb və indi on səkkizinci yeri tutur. Bu zaman gənclər arasında Avropa Birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova elə bu siyahıda iki pillə düşərək, səksən dördüncü yerdə qərarlaşıb.

Eyni zamanda pnevmatik tapançadan on metrəyə atış üzrə hesabatda N.Bağırova iyirmi beşinci yerdə, İ.Aşumova isə otuz birinci yerdə dayanıb.

Bununla belə stend atıcılığı üzrə proqramda Sidney Olimpiadasının çempionu Zemfira Meftahətdinova skit üzrə ən yaxşı atıcıların reytinqində on ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti