...

Sankt-Peterburqda keçirilən fotosərgidə azərbaycanlı tələbələrin foto işləri nümayiş etdirilib

Cəmiyyət Materials 16 Fevral 2007 11:24 (UTC +04:00)

Sankt-Peterburq şəhərinin Mariinsk Sarayında "Sankt-Peterburq Dövlət Universiteti-əcnəbilərin gözü ilə" adlı birinci fotosərgi keçirilib. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Sərgidə universitetdə təhsil alan xarici tələbələrin, o cümlədən iki azərbaycanlı tələbənin foto işləri nümayiş etdirilib. Həmin fotosərgidə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov da iştirak edib.

Tədbir Sankt-Peterburq Qanunvericilik Məclisi və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən həyata keçirilən "Tolerantlıq" proqramı çərçivəsində təşkil olunub.

Xəbər lenti

Xəbər lenti