...

Bakıdakı turizm sərgisində təqribən 100 dünya şirkəti iştirak edəcək

Cəmiyyət Materials 17 Aprel 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bak/ Trend müxbir S.Ağayeva/ Dünyanın 100-dən çox şirkəti çərşənbə axşamı Azərbaycanın paytaxtında açılacaq Azərbaycanın VI Beynəlxalq Turizm və Səyahət sərgisində iştirak edəcək.

Sərgiyə rəsmi dəstəyi Beynəlxalq Turizm Təşkilatı (WTO), Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Turizm Sənayesinin İnkişafı Birliyi, Turizm Sərgiləri Təşkilatçıları Assosiasiyası verir. Bu bar ədə çərşənbə axşamı sərgiyə həsr olunmuş mətbuat konfransında təşkilatçılar bildirib.

Təşkilatçıların məlumatına görə, sərgidə avia xətlər və avia şirkətlər, avtobus turları, turoperatorlar, fəal və macəralı istirahət, idman turizmi, təhsil turizmi, kruizlər, mehmanxanalar, sanatoriya və başqa sektorlar təmsil olunacaq.

Sərgi çərçivəsində orijinal stend dizaynı və orijinal xidmət təqdimatı, stend heyətinin fəal işi, ziyarətçilərin cəlb olunması üçün ən böyük reklam kampaniyası, stenddə ölkənin və mədəniyyətinin ən parlaq təqdimatı mövzularında müsabiqə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti